Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada üzrə direktoru Aslan Isabeyli(Xalidi)

Azərbaycan həqiqətlərinin Canada təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında dəyişiklik yaranıb. Belə ki, Kanadanın “Nyu Demokrat” partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma erməni soyqrımı iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxa blərler. Təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasında səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olub. Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib.
Parlamentdə Azərbaycan şöbəsinin fəaliyyət göstərməsi və bu vasitə ilə ölkə maraqlarının siyasi strukturda müzakirəyə çıxarılması qarşıda duran başlıca məqsədlərdəndir. Xocalı və 31 mart soyqırımını Kanadada gündəmə gətirmək üçün göstərilən səylər də artıq nəticəsini göstərir. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada üzrə direktoru Aslan Isabeyli(Xalidi)qeyd edir ki, 24 kilsə başçısının iştirakı ilə keçirilən Azərbaycan həqiqətləri adlı tədbir dini pərdə altında fəaliyyət göstərən erməni lobbisi üçün əsl zərbə olub. Qarşıda duran digər vacib məsələlərdən biri də Kanadanın təhsil müəssisələrində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mütəmadi informasiyaların verilməsidir. İrəli sürülən təklifi bu ölkədə fəaliyyət göstərən kollec rəhbərləri müsbət qarşılayıb. Hazırda bu istiqamətdə danışıqlar davam edir.
http://www.yeniazerbaycan.com/news/7502.htm

Hiç yorum yok: