"Fars-molla rejimi gec-tez tarixin arxivinə gömüləcək"

Aslan Isabeyli: "Artıq Xomeyni ideologiyası xalqı itaətdə saxlaya bilmir" 
Artıq Güney Azərbaycanda da, İranın digər vilayətlərində də fars-molla rejiminin gec-tez tarixin arxivinə gömüləcəyini dərk edirlər. Çünki Xomeyni ideologiyası, İran İslam Respublikası köhnə qaydalarla idarə edə, xalqı itaətdə saxlaya bilmir. Bunu güneyli politoloq Aslan Isabeyli bildirib. Onun sözlərinə görə, fars-molla rejiminin bütün "kartları" açılıb. Xalq öz maraqlarını güdən mollalara inanmır, etimad bəsləmir: "Tarix göstərir ki, imperiyalar öz ömrünün sonuna çatanda daha aqressiv olurlar. İranda da belədir. Rejim son illərini yaşadığından özünə rəqib bildiyi hər kəsə, hər bir qüvvəyə qarşı aqressivdir.

Real

Rəsmi və qeyri-rəsmi hərbi qüvvələr gücləndirilib. "Sepah", "Bəsic", "İslam keşikçiləri" gücləndirilib, onların səlahiyyətləri genişləndirilib. Onlara "nizam əleyhinə fəaliyyət göstərən" qüvvələrə, xüsusilə də "pantürkistlər"ə qarşı qəddar davranmaq səlahiyyəti verilib. Ancaq rejim mənsubları bir şeyi anlamırlar ki, tarixin təkərini geri fırlatmaq mümkün deyil. Hər halda islam cümhuriyyəti İran xalqlarının etimadını doğrultmadı. İranda yaşayan qeyri-fars millətləri bu durumun uzun davam etməyəcəyini gözəl anlayırlar". Aslan Isabeyli qeyd edib ki, Azərbaycan türkləri də daxil olmaqla digər qeyri-fars millətləri təşkilatlanır, toparlanırlar. İran rejimi bu qədər narazı insanın, narazı toplumun qarşısında duruş gətirə bilməyəcək. İran hökuməti daxilində milli hüquqlarla bağlı islahatların həyata keçirilməsini təklif edən dairələr yox deyil: "Ancaq onlar bunu da nəzər alır ki, qeyri-fars millətlərinə tələb etdikləri hüquqlar verilərsə, imperiyanın bütövlüyü sual altına düşəcək. Məsələn, Azərbaycan türklərinə muxtariyyət verilərsə, güneylilər bunun ardınca tam təbii olaraq müstəqillik istəyəcək. Çünki Quzeydə Azərbaycan Respublikası təcrübəsi var. Bu isə panfarsistlərin maraqlarına və planlarına uyğun deyil. Bu baxımdan hazırki rejimin milli hüquqlarla bağlı islahatlara gedəcəyini, güzəştlər edəcəyini söyləmək bir az çətindir. İran millətləri öz hüquqlarını mübarizəylə, inqilabla alacaqlar. Qocaman sovetlər imperiyası 90-cı ilin 20 yanvarında Bakıda sındı. Panfarsistlər də belə bir xəta buraxsa, bu, İranın bir dövlət kimi tarix səhnəsindən silinməsinə səbəb ola biləcək. Bir nüansı da qeyd edim ki, SSRİ-nin varisi kimi Rusiya qaldı, amma İranın varisi kimi farsların dövlət formasında qalacağı xeyli şübhəlidir. Çünki İranın dayağı farslar deyil, türklərdir. Güney Azərbaycan müstəqil olandan sonra İranın bir dövlət kimi yaşayacağı az ehtimal olunur".

Hiç yorum yok: