Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi hesab edir ki, milli fəalların "Yaşıl hərəkat"a dəstək verməməsinin səbəbləri var.

Hazırda İranda baş verən proseslərdə diqqəti çəkən məqamlardan biri Azərbaycan
Milli Hərəkatının ölkə müxalifətinə - "Yaşıl hərəkat"a dəstək verməməsidir.
Halbuki ölkədə milli haqların təmin olunması uğrunda illərdir mübarizə aparan və
bu yolda çoxsaylı qurbanlar verən hərəkatçıların hakimiyyətə qarşı olan
qüvvələrlə bir yerdə olacağı gözlənilirdi. Kanadada yaşayan güneyli, Azərbaycan
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi hesab edir ki, milli
fəalların "Yaşıl hərəkat"a dəstək verməməsinin səbəbləri var.

     - Qeyd etmək lazımdır ki, müəyyən dövlətlər İranda gedən proseslərin
nəzarət altından çıxmasından narahatdır. Bunun səbəbi nədir? Mən qısa olaraq
Əhmədnejadın hakimiyyətə gəlməsinə toxunmaq istəyirəm. Xomeyni hakimiyyətə
gələndən sonra xomeyniçilik ideologiyasının çox mənfi cəhətləri oldu, çoxlu
insanlar edam olundu, insanlar dini fanatizmə sürükləndi, dünyada terror
şəbəkəsi yaradıldı. Ancaq bütün bu mənfi hərəkətlərin müsbət nəticəsi o oldu ki,
orada yaşayan millətlər İran adlı bir məfhuma nifrət etdilər. Daha doğrusu, bu
ideologiyadan zərbə alan millətlər silkələnib özünə gəldilər. Və bu gün vahid
mövqedən çıxış edirlər. Düşündürücüdür, xarici dövlətlər bu xalqların simasında
İranda yeni müxalifətin yaranmasına imkan vermirlər?

Planlarıma gəlincə, həyata keçirmək niyyətində olduğumuz məsələlər çoxdur.

Hazırda dünyanın müxtəlif ölkələrində 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların 100-dən çoxu Dünya azərbaycanlılarının II qurultayından sonra yaradılıb. Artıq uzaq ölkələrdə də Azərbaycan icmaları yaradılır, fəaliyyət göstərən ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzdə birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır.
Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (QHT) rəhbəridir. Bəs o, bu barədə nə düşünür? 
- Mən III qurultayın keçirilməsini dünya azərbaycanlılarının bayramı hesab edirəm. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı xaricdə yaşayan azərbaycanlılar üçün çox ciddi mesaj idi. Dünyada diaspor fəaliyyəti göstərən azərbaycanlıların bir-birilə əlaqəsinə birbaşa münasibət bildirdi, nöqsanlara toxundu və bizdən mövcud nöqsanların həllini istədi. Çünki bizim bir-birimizlə sıx əlaqələrimiz, bir-birimizə anlayışla, hörmətlə yanaşmamız, ölkəmizin daxili və xarici siyasətinin uğurudur, diasporumuzun inkişafıdır.
Ölkə rəhbəri, eyni zamanda, qarşımızda mühüm vəzifələr qoydu. Dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin qarşısında mühüm vəzifə kimi durur. Ürəyi vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumətlərinə və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmişdə də belə olub, yaxın tariximizdə də. Xocalı soyqırımı dediklərimizə bariz misaldır. 

Aslan Isabeyli: Əgər müxalifətçi kimi desələr ki, biz ali dini rəhbərliyin ləğvini istəyirik və yeni konstitusiyanın xalq referendumu ilə müəyyənləşməsini tələb edirik, bu halda orada yaşayan xalqlar düşünüb addımlar ata bilərlər.

Hazırda İranda baş verən proseslərdə diqqəti çəkən məqamlardan biri Azərbaycan
Milli Hərəkatının ölkə müxalifətinə - "Yaşıl hərəkat"a dəstək verməməsidir.
Halbuki ölkədə milli haqların təmin olunması uğrunda illərdir mübarizə aparan və
bu yolda çoxsaylı qurbanlar verən hərəkatçıların hakimiyyətə qarşı olan
qüvvələrlə bir yerdə olacağı gözlənilirdi. Kanadada yaşayan güneyli, Azərbaycan
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi hesab edir ki, milli
fəalların "Yaşıl hərəkat"a dəstək verməməsinin səbəbləri var.

Okeanın o tayından gələn səsimiz

Aslan Isabeyli: ”Diasporumuz 5 ildə 50 ilin yolunu keçib”

Dünyaya səpələnmiş azərbaycanlıların sayı milyonlarladır. Onların çoxu bir zamanlar işğal altında olan vətəndən tapdanan haqlarını qürbətdə axtarmaq üçün gedənlərdir. Üz tutduqları ölkələrin həyat tərzinə uyğunlaşaraq çoxu artıq dünya ölkələrinin sakinlərinə çevrilib. Sonradan müstəqil, sivil dövlət olan Azərbaycana qayıtmasalar da həmişə bu torpağın övladı olublar və bu dövləti dünyada təmsil edirlər. Həmin insanlar diaspor adı altında təşkilatlanaraq Azərbaycanı və azərbaycançılığı təmsil edirlər. Amma bizdən cənubda, tikanlı məftillərin ayırdığı torpaqlarımıza baxdıqda İran rejimi altında 35 milyon soydaşımız əzildiyini görərik. Həmin soydaşlarımızın da çoxu bu ədalətsizliyə dözməyərək başqa ölkələrə üz tutur, orda yaşamağı üstün tuturlar. Azərbaycanın diaspor həyatında güneyli həmvətənlərimiz də yaxından iştirak edir, Azərbaycanı layiqincə təmsil edir.

“1991-ci ildən etibarən Azərbaycandan 4 minə yaxın gənc İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub”

Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Isabeyli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Aslan Isabeyli bildirib ki, İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir. O qeyd edib ki, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır: “1991-ci ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlar həyata keçirir. İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb. Bu məqsədlə 1991-ci ildən etibarən Azərbaycandan bəzi gənclər qanunsuz olaraq İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub.

Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi mətbuat konfransı keçirib.

Aslan Isabeyli: “4 minə yaхın azərbaycanlı təhsil almaq adı ilə İrana göndərilib”
Yanvarın 28-də “Trend” Xəbərlər Şirkətində Kanadada yaşayan Güney azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli mətbuat konfransı keçirib. O, son vaхtlar İranın Azərbaycana qarşı həyata keçirdiyi təхribatlar və rəsmi Bakının daхili işlərinə qarışmaq cəhdlərinə münasibət bildirib. Qeyd edib ki, İranın Azərbaycan ərazisindəki əlaltılarının ölkəmizdəki təхribat cəhdləri Güney azərbaycanlıları narazı salır.
Aslan Isabeyli milyonlarla güneyli kimi o da molla hakimiyyətinin hərəkətlərindən hiddətləndiyini vurğulayıb: “Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən dindarların arхasında İran dayanır və onlar хüsusi olaraq yetişdiriliblər. Ümumiyyətlə, 1991-ci ildən İran хüsusi хidmət orqanları Azərbaycanda təхribata başlayıblar. İran o vaхtdan Azərbaycanı kiçik Fələstinə çevirmək istəyir. Bu ölkə çalışır ki, Azərbaycanda, İsrail, Birləşmiş Ştatlar və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıхacaq qüvvə hazırlasınlar. 1991-ci ildən etibarən Azərbaycandan müəyyən gənclərin qanunsuz olaraq İrana aparılması təşkil edildi. O6 zaman bununla bağlı belə açıqlama verildi ki, həmin gənclər İranda dini təhsil alacaqlar.

Aslan Isabeyli: İran çalışırdı ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıхacaq qüvvə hazırlasınlar.

Aslan Isabeyli: “Azərbaycana qarşı təхribatlar davam etsə güney azərbaycanlılar ayağa qalхacaq”

“1991-ci ildə təхminən 4 minə yaхın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana göndərilmişdi”
İranın Azərbaycan Respiblikasındakı əlaltılarının təхribat cəhdləri güney azərbaycanlıları narazı salıb. İran hakimiyyətinin təzyiqlərindən Bakıya gəlmiş, sonra isə Kanadaya mühacirət etmiş güneyli politoloq, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi molla hakimiyyətinin hərəkətlərindən hiddətlənib. Aslan Isabeyli deyir ki, Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arхasında İran dayanır və onlar хüsusi olaraq yetişdiriliblər.

Aslan Isabeyli: "Onlar istəyir ki, Azərbaycan dini lideri öz adamları olsun"

"İranın Ali Dini rəhbərliyi Bakıda fəalliyyət göstərən dini qurumların işinə müdaхilə etmək istəyir". Bu açıqlama ilə güneyli mühacir Aslan Isabeyli çıхış edib. Aslan Isabeyli bildirib ki, İran hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin fəalliyyətindən narazıdır: "Onlar istəyir ki, bu qurumun başında molla rejiminin tarşırıqlarını sözsüz yerinə yetirən şəхslər olsun. Qumda oхumuş adamlardan ayətullahlar təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər". Güneyli mühacir deyib ki, yaхın günlərdə İranın Ali Dini rəhbərliyi QMİ-nin ləğvini tələb edəcək. Bu məsələ artıq dini rəhbərlikdə müzakirə olunub.

"Yəhudi və müsəlmanlar - sıx tarixləri ilə doğma qardaşlardır. Azərbaycan hər iki xalq üçün mühüm kanal və model ola bilər", - Dvorkin qeyd edib.

Azərbaycan yəhudi-müsəlman dialoqunun və Yaxın Şərqdə əməkdaşlığın yaradılmasında mühüm rol oynaya bilər. Kaliforniya ştatı Oranc qraflığının Amerika-Yəhudi Şurasının (AJC) rəhbəri ravin Mark Dvorkin belə hesab edir.


"Bizim, xalqların harmoniya və əməkdaşlığının təminatından çox, parçalanmasında maraqları olanlara zərbə endirmək üçün mötədil səslərə ehtiyacımız var. Azərbaycan tolerantlıq nümunəsi kimi, yəhudi-müsəlman dialoqu və Yaxın Şərqdə, eləcə də ümumilikdə bütün dünyada əməkdaşlıq üçün qəlibin yaradılmasına kömək edə bilər", - Trend-ə müsahibəsində Dvorkin bildirib.

Dvorkinin fikrincə, ekstremistlərin səsi bəzən hər iki xalq üçün sabit sülhü təmin edə biləcək çox lazımi müzakirələri boğur.

Aslan Isabeyli:Türkiyə, Iranın bu proseslərdən öz məkrli məqsədləri naminə yararlanmasına imkan verməməlidir".

Güney Azərbaycanlılar bu məqsədlə beynəlxalq birliyə ünvanlanmış bəyanat yayıblar

Xaricdə yaşayan Güney Azərbaycan türkləri Yaxın Şərqdə yaranmış son beynəlxalq qalmaqalda Iranın revanş götürmək cəhdlərindən əndişələndiklərini bildirən bəyanat yayıblar. Kanadada, Vankuver şəhərində fəaliyyət göstərən AzSAM (Güney Azərbaycanlıların yaratdığı Strateji araşdırmalar mərkəzidir) qurum öz bəyanatında bunları bildirir:

“Iranın Israilə qarşı apardığı ideoloji savaşı indiki beynəlxalq qalmaqalın tərkib hissəsinə çevirmək cəhdlərinə imkan verilməməlidir.

"Fars rejimi başqa millətləri neytrallaşdırmağa çalışır"

Aslan Xalidi: "İranda prezidentliyə namizədlər arasında 2 soydaşımızın olması müsbət qiymətləndirilsə də, onların prezident seçilmə şansları sıfırdır"
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi deyir ki, İran Konstitusiyasına əsaslanıb namizədliyini irəli sürən hər bir namizəd Güney azərbaycanlıları birmənalı şəkildə qəbul etmir. Çünki İran Konstitusiyasında göstərilib ki, parlamentdə və prezident seçkilərində iştirak edən şəxs İranın ali dini rəhbərlərinin, eləcə də Məsləhət Şurasının icazə verdiyi insanlar olmalıdır: "Burada dini rəhbərlərin fəaliyyəti aydındır. Məsləhət Şurası isə farsçılığı təbliğ edən qurum kimi tanınıb. Şura rəhbərləri istəyir ki, İrana prezident seçilən şəxs hər şeydən öncə farsçılığın qorunub saxlanılmasına çalışsın.

"Fars-molla rejimi gec-tez tarixin arxivinə gömüləcək"

Aslan Isabeyli: "Artıq Xomeyni ideologiyası xalqı itaətdə saxlaya bilmir" 
Artıq Güney Azərbaycanda da, İranın digər vilayətlərində də fars-molla rejiminin gec-tez tarixin arxivinə gömüləcəyini dərk edirlər. Çünki Xomeyni ideologiyası, İran İslam Respublikası köhnə qaydalarla idarə edə, xalqı itaətdə saxlaya bilmir. Bunu güneyli politoloq Aslan Isabeyli bildirib. Onun sözlərinə görə, fars-molla rejiminin bütün "kartları" açılıb. Xalq öz maraqlarını güdən mollalara inanmır, etimad bəsləmir: "Tarix göstərir ki, imperiyalar öz ömrünün sonuna çatanda daha aqressiv olurlar. İranda da belədir. Rejim son illərini yaşadığından özünə rəqib bildiyi hər kəsə, hər bir qüvvəyə qarşı aqressivdir.

"Dindarların aksiyası",yoхsa İranın təхribatı

İran rejimi Bakıda qarışıqlıq yaratmaq istəyir Fevralın 13-də Bakıdakı Hacı Soltanəli məscidinin bir qrup dindarı Bakıda aksiya keçirib. Təхminən 15.00 radələrində 70-ə qədər dindar Füzuli meydanına doğru hərəkət edib, oradan H.Hacıyev küçəsi ilə Şəhidlər Хiyabanına doğru yürüşə cəhd göstəriblər. Dindarlar Kərbala şəhidləri və Хocalı faciəsi ilə bağlı şüarlar səsləndiriblər. Erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdiyi Хocalı qətliamı fevralın 26-da törədilib. Хocalı ilə bağlı cəfəri dindarlarının tələsməsi bir az şübhəli görünür. Həmin gün İslam dininin peyğəmbəri, Həzrəti Məhəmmədin mövludu günü olub. Dindarların aksiyası həm də bu məqsədlə keçirilib.

Aslan Isabeyli:Tehran rejiminin təxribatlarına qarşı preventiv addımlar atılmalıdır”.

Yay aylarında Israil prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu səfər Iran rəsmilərinin narahatlığına səbəb olub. Artıq Tehranda Israil prezidentinin və onu dəvət edən rəsmi Bakının ünvanına tənqidlər səslənir.
Azərbaycan Strateji Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Isabeylinin “Olaylar”a verdiyi məlumata görə, Tehranda çıxış edən Iran prezidentinin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri “Fələstini işğal etmiş Israilin” dövlət başçısının Bakıya dəvət olunmasını “qonşu müsəlman dövlətlərinə hörmətsizlik” kimi qiymətləndirib. Rejim rəsmisi iddia edib ki, guya Azərbaycanın müsəlman əhalisi Şimon Peresin səfərini istəmir və ona etiraz olaraq aksiyalar başlayacaq. A.Xalidi hesab edir ki, Tehran rejimi Bakıda təxribata hazırlaşır: “Görünür, molla rejimi Nardarandakı əlaltılarının vasitəsilə etiraz aksiyaları təşkil etmək, Peresin səfəri zamanı müəyyən etiraz görüntüsü yaratmaq istəyir.Tehran rejiminin təxribatlarına qarşı preventiv addımlar atılmalıdır”.




Aslan Xalidi: "Hərbi təlimlərdə Azərbaycan bayrağı İsrail, Amerika bayrağı ilə birgə yandırılır"

"İran 4 min azərbaycanlını təhvil verməlidir"
Ana Vətən Partiyası (AVP) sədrinin müavini, millət vəkili Zahid Orucun son təklifi güneylilərin etirazı ilə qarşılanıb. Millət vəkili Zahid Oruc Azərbaycanda fəaliyyət göstərən mühacirlərin İrana təhvil verilməsini istəyir. Onun fikrincə, Azərbaycana gələn güneylilər İranın xüsusi xidmət orqanlarına işləyir.
CAP-ın təşəbbüs qrupunun üzvü Aslan Xalidi AVP funksionerinin təklifinə qarşı çıxdığını dedi. Aslan Xalidinin sözlərinə görə, həmişə Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, dövlətin daxili işlərinə müdaxilə etməyiblər: "Azərbaycanın bütövlüyü uğrunda mübarizəmizi bundan sonra da davam etdirəcəyik və heç kim bizim qarşımızı ala bilməyəcək.

Olaylar:Bütöv Azərbaycan Birliyi bərpa olunur?

Aslan Xalidi: "Əsas olan bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır"

Bir vaxtlar Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan Bütöv Azərbaycan Birliyi yenidən bərpa olunur. Bu haqda birliyin İdarə Heyətinin üzvləri məlumat verib.
   Qeyd edək ki, BAB 2003-cü ildən etibarən fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi bildirib ki, bununla bağlı artıq neçə il idi ki, iş gedirdi. "Məsələ ilə əlaqədar hətta bir müddət bəzi fikirlər də səslənib. Azərbaycanda bəzi qüvvələr BAB-ın fəaliyyətini başqa istiqamətə çəkmək istəyirdilər və ona görə də onun fəaliyyətində bir müddət səngimə oldu. Dünyada və Güney Azərbaycanda gedən hadisələrin mahiyyəti BAB-ın fəaliyyətinin bərpası və sistemli şəkildə təşkil olunması istiqamətində daha ciddi addımlar atılmasını tələb edir. Burada əsas olan Azərbaycan millətinin vəhdət və vahidlik məsələsidir" deyən A.Xalidi bunun çox sevindirici hal olduğunu qeyd edib: "Bu istiqamətdə əsas şərt iqtidar-müxalifət təfəkkürü, hakimiyyətə gəlmək təfəkkürü yox, bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır. İdarə Heyətində isə bu yolda xüsusi xidmətləri və cəmiyyətdə xüsusi rolu olan insanlar təmsil olunmalıdır". A.Xalidi gələcəkdə birlikdə təmsil olunmaq fikrinin olduğunu da qeyd edib və bunu hər bir türk üçün məqbul hesab edib.("OLAYLAR"İA)

Aslan Xalidi: "Əsas olan bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır"

Aslan Isabeyli: "İraqda İrana bağlı qüvvələrin sıxışdırırılması təsadüfi deyil". 

İraqda vətəndaş müharibəsi səngimir. Sünnilərin şiələrin mövqelərinə zərbələr endirməsi birmənalı qarşılanmır. Siyasi ekspertlər hesab edir ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi "Mehdi Ordusu" şiə qruplaşmasının vurulması ABŞ-ın siyasi sifarişidir. Amerika bununla İraqda sabitlik yaratma siyasətinin ikinci mərhələsinə başlayır və əsas hədəf İrandan yardım alan qüvvələrdir. Kanadada yaşayan güneyli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi "OLAYLAR"a açıqlamasında deyib ki, "Mehdi Ordusu"na zərbələr endirilməsi təsadüfi deyil: "Hamıya bəllidir ki, Müqtəda əs-Sədr və onun başçılıq etdiyi "Mehdi Ordusu" İrandan təlimat alır. İran ABŞ-ın İraqda möhkəmlənməsini istəmədiyi üçün İraq şiələrindən və bu cameənin liderləri Sistani və Sədrdən istifadə edir. Sünnilərin əs-Sədrin qüvvələrinə qarşı əməlliyyatları İraqda siyasi sabitlik yaratma siyasətinin növbəti mərhələsidir".

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada üzrə direktoru Aslan Isabeyli(Xalidi)

Azərbaycan həqiqətlərinin Canada təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında dəyişiklik yaranıb. Belə ki, Kanadanın “Nyu Demokrat” partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma erməni soyqrımı iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxa blərler. Təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasında səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olub. Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib.