Olaylar:Bütöv Azərbaycan Birliyi bərpa olunur?

Aslan Xalidi: "Əsas olan bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır"

Bir vaxtlar Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan Bütöv Azərbaycan Birliyi yenidən bərpa olunur. Bu haqda birliyin İdarə Heyətinin üzvləri məlumat verib.
   Qeyd edək ki, BAB 2003-cü ildən etibarən fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi bildirib ki, bununla bağlı artıq neçə il idi ki, iş gedirdi. "Məsələ ilə əlaqədar hətta bir müddət bəzi fikirlər də səslənib. Azərbaycanda bəzi qüvvələr BAB-ın fəaliyyətini başqa istiqamətə çəkmək istəyirdilər və ona görə də onun fəaliyyətində bir müddət səngimə oldu. Dünyada və Güney Azərbaycanda gedən hadisələrin mahiyyəti BAB-ın fəaliyyətinin bərpası və sistemli şəkildə təşkil olunması istiqamətində daha ciddi addımlar atılmasını tələb edir. Burada əsas olan Azərbaycan millətinin vəhdət və vahidlik məsələsidir" deyən A.Xalidi bunun çox sevindirici hal olduğunu qeyd edib: "Bu istiqamətdə əsas şərt iqtidar-müxalifət təfəkkürü, hakimiyyətə gəlmək təfəkkürü yox, bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır. İdarə Heyətində isə bu yolda xüsusi xidmətləri və cəmiyyətdə xüsusi rolu olan insanlar təmsil olunmalıdır". A.Xalidi gələcəkdə birlikdə təmsil olunmaq fikrinin olduğunu da qeyd edib və bunu hər bir türk üçün məqbul hesab edib.("OLAYLAR"İA)

Hiç yorum yok: