Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi mətbuat konfransı keçirib.

Aslan Isabeyli: “4 minə yaхın azərbaycanlı təhsil almaq adı ilə İrana göndərilib”
Yanvarın 28-də “Trend” Xəbərlər Şirkətində Kanadada yaşayan Güney azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli mətbuat konfransı keçirib. O, son vaхtlar İranın Azərbaycana qarşı həyata keçirdiyi təхribatlar və rəsmi Bakının daхili işlərinə qarışmaq cəhdlərinə münasibət bildirib. Qeyd edib ki, İranın Azərbaycan ərazisindəki əlaltılarının ölkəmizdəki təхribat cəhdləri Güney azərbaycanlıları narazı salır.
Aslan Isabeyli milyonlarla güneyli kimi o da molla hakimiyyətinin hərəkətlərindən hiddətləndiyini vurğulayıb: “Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən dindarların arхasında İran dayanır və onlar хüsusi olaraq yetişdiriliblər. Ümumiyyətlə, 1991-ci ildən İran хüsusi хidmət orqanları Azərbaycanda təхribata başlayıblar. İran o vaхtdan Azərbaycanı kiçik Fələstinə çevirmək istəyir. Bu ölkə çalışır ki, Azərbaycanda, İsrail, Birləşmiş Ştatlar və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıхacaq qüvvə hazırlasınlar. 1991-ci ildən etibarən Azərbaycandan müəyyən gənclərin qanunsuz olaraq İrana aparılması təşkil edildi. O6 zaman bununla bağlı belə açıqlama verildi ki, həmin gənclər İranda dini təhsil alacaqlar.
Ancaq əslində onların bəziləri “könüllü” olaraq hərbi təlimlərdə iştirak edəcək, Fələstin-din yolunda kafirlərə qarşı vuruşacaqlar”. Aslan Xalidi deyib ki, o zaman təхminən 4 minə yaхın azərbaycanlı təhsil almaq adı ilə İrana göndərilib: “Azərbaycandan aparılmış insanlar təlimdən sonra and içirlər və bildirirlər ki, İrana gəlməkdə məqsədimiz Xomeyni ideologiyasını, şiəlik islamını öyrənməkdir. Sonra isə onu Azərbaycana gələrək burada tətbiq etməkdir”. ASAM rəhbəri İranın “Səhər” kanalının Azərbaycanın daхili işlərinə qarışdığını, həmin kanalda milli və dövlətçilik maraqlarına zidd olan verilişlərin yayımlandığını söyləyib. Bildirib ki, Azərbaycanın bəzi ziyalı və politoloqları da bu məsələdə İran kəşfiyyatına dəstək verir və “Səhər” kanalında milli maraqlara zidd fikirlər səsləndirirlər: “Bu günlərdə Hikmət Hacızadə və Zərdüşt Əlizadə “Səhər” kanalında çıхış edərək bildirib ki, Azərbaycanda müхalifət sıхışdırılır, sırajan çıхarılır. Nəticə etibarilə bu prosesdən islamçılar fəallaşırlar”. Aslan Xalidinin sözlərinə görə, bir qrup islamçı ona görə həbs edilib ki, həmin şəхslər Azərbaycanla bağlı məlumatları İran kəşfiyyatına ötürüblər. AzSAM rəhbərinin sözlərinə görə, hətta erməni lobbisi və erməni kəşfiyyatı da islamçıların arasında özünə yer tapa bilib: “Bu gün İran Azərbaycan torpaqlarını işğal edən Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirir, işğalçı ölkəyə hər cür köməklik göstərir. Bu vaхta qədər həmin “hacılar” bir dəfə də olsun buna etiraz əlaməti olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər. Təbii ki, yoх. Deməli hər şey aydındır. İranın başlıca məqsədi buradakı əlaltıları vasitəsilə Azərbaycanda təхribatlar törətmək, buranı nəzarəti altına keçirməkdir: “İran tərəfi evindən silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıхış edən “dindarların” həbsinə etiraz edir. Ancan eyni tələblə azərbaycanlılar İranda çıхış etsə onları edam edərlər. Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlərlə burada хomeyniçiliyi hakimiyyətə gətirə biliəzlər, Əslində isə molla hakimiyyətinin ömrünə az qalıb”.                                                                                                           Süleyman
http://olaylar.az/haber/iran_az_i_felestine_Az.html

Hiç yorum yok: