“1991-ci ildən etibarən Azərbaycandan 4 minə yaxın gənc İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub”

Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Isabeyli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Aslan Isabeyli bildirib ki, İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir. O qeyd edib ki, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır: “1991-ci ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlar həyata keçirir. İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb. Bu məqsədlə 1991-ci ildən etibarən Azərbaycandan bəzi gənclər qanunsuz olaraq İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub.
O zaman təxminən 4 minə yaxın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana aparılmışdı. Xaricdə erməni-fars lobbisi bir yerdə fəaliyyət göstərir. Təəssüf ki, Azərbaycanda İranın maraqlarının müdafiə edən həmin dindarlar bir dəfə də olsun İran səfirliyinin qarşısında aksiya keçirməyiblər. Onlar heç vaxt Ermənistanla bu ölkə arasında sıx münasibətlərə etiraz etməyə cəhd göstərməyiblər”.

Hiç yorum yok: