"Fars rejimi başqa millətləri neytrallaşdırmağa çalışır"

Aslan Xalidi: "İranda prezidentliyə namizədlər arasında 2 soydaşımızın olması müsbət qiymətləndirilsə də, onların prezident seçilmə şansları sıfırdır"
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi deyir ki, İran Konstitusiyasına əsaslanıb namizədliyini irəli sürən hər bir namizəd Güney azərbaycanlıları birmənalı şəkildə qəbul etmir. Çünki İran Konstitusiyasında göstərilib ki, parlamentdə və prezident seçkilərində iştirak edən şəxs İranın ali dini rəhbərlərinin, eləcə də Məsləhət Şurasının icazə verdiyi insanlar olmalıdır: "Burada dini rəhbərlərin fəaliyyəti aydındır. Məsləhət Şurası isə farsçılığı təbliğ edən qurum kimi tanınıb. Şura rəhbərləri istəyir ki, İrana prezident seçilən şəxs hər şeydən öncə farsçılığın qorunub saxlanılmasına çalışsın.


Turqut


İndi bu iki qurumdan razılığını alan prezidentliyə namizədlərin siyasi proseslərə nə dərəcədə düzgün qiymət verəcəyi və onların seçilmək imkanlarının hansı səviyyədə olması məsələsi olduqca aktualdır. Hazırda İranda prezidentliyə namizədlər arasında 2 azərbaycanlının olması müsbət qiymətləndirilsə də, onların prezident seçilmə şansları sıfırdır. Çünki onlar birbaşa fars rejiminin tapşırığını yerinə yetirir və İranda yaşayan millətlərin milli mənafeyilə bağlı məsələləri gündəliyə gətirmirlər. Hətta seçki dövrü başlayandan sonra həmin azərbaycanlılar namizədliyini geri götürə də bilərlər. Onların prezidentlik uğrunda mübarizə aparması müvəqqətidir. Hökumət belə bir addım atmaqla bəzi qurumlar daxilində təbliğat apardır ki, guya İran demokratik bir dövlətdir". Onun sözlərinə görə, hazırda İran daxilində gedən siyasi proseslər indiki prezident Mahmud Əhmədinejadın avtomatik olaraq yenidən dövlət başçısı kimi seçildiyini göstərir. Rejim müzakirələr aparıb, neçə illər bundan qabaq siyasi strategiyalar müəyyənləşdirilib. Sadəcə olaraq, ölkə daxilində rejim əleyhinə siyasi proses gedir. Siyasi prosesi neytrallaşdırmaq üçün müxtəlif qüvvələr meydana atılıb ki, süni şəkildə prosesləri yetişdirib və millətlərin enerjilərini əlindən alıb onları neytrallaşdırsınlar. Onun üçün hər hansı qüvvənin qalib gəlməsi yox, hazırkı hakimiyyətin başçısı olan və dünyada da terrorçu kimi tanınan Əhmədinejadın hakimiyyətə gəlməsi gözlənilir". Aslan Xalidi ABŞ prezidenti Barak Obamanın son vaxtlar İranla bağlı verdiyi yumşaq bəyanatları müsbət dəyərləndirir: "Barak Obamanın verdiyi bəyanatlar, İranla bağlı atdığı addımlar orada yaşayan millətlərin milli mənafeyinə xeyir olan addım olmaqla yanaşı, fars şovinist rejiminin neytrallaşmasına gətirib çıxaran və bölgədə türkçülük ideologiyasının inkişafına xidmət edən məsələdir. Bu gün Rusiya, Fransa, İran və bir sıra ölkələr Türkiyənin bölgədə apardığı siyasi strategiyanın inkişafının əleyhinədirlər. Sözügedən ölkələr gözəl başa düşür ki, ABŞ regionda Türkiyəyə olduqca geniş imkanlar yaradır. ABŞ-ın etimadını qazanan Türkiyə sülhün təminatçısı kimi İranda və Əfqanıstanda gedən siyasi proseslərin bir çoxuna nəzarət edəcək. Təbii ki, Türkiyə bölgədə bu inkişafa nail olursa, bunun Azərbaycan üçün də müəyyən müsbət təsirləri olacaq. Güney Azərbaycanda Azadlıq Hərəkatı inkişaf edəcək və bu da gələcəkdə fars şovinist rejiminin öz mövqeyini itirməsilə sonuclanacaq. Bundan başqa, Obamanın hərbi mövqeni masasından kənarlaşdırdığını əminliklə söyləmək olmaz. Çünki ABŞ-ın siyasi strategiyasında müharibə variantı hər zaman yer alıb. Obamanın Türkiyədən İrana qarşı yumşaq mesajlar verməsi hazırkı rejimə bir xəbərdarlıqdır. Bu insan haqlarının qorunmasıyla yanaşı, nüvə raketlərinin istehsalının dayandırılması və digər məsələləri özündə əks etdirir. Əgər İran hökuməti hər zamankı kimi öz siyasətindən əl çəkməsə, ABŞ birbaşa hücum taktikasını nəzərdə tutacaq. Bu da fars şovinist rejiminin hakimiyyəti təhvil verməsinə gətirib çıxaracaq". Güneyli politoloq bildirir ki, ABŞ regionda Türkiyəyə şans verməklə öz keçmiş imicini qaytarmağa çalışır. Çünki ABŞ regionda tərəfdaşının olmaması üzündən baş verən proseslərə birbaşa təsir göstərmək iqtidarında deyildi: "ABŞ nəhayət başa düşür ki, sözügedən regionda sabitlik yaratmaq üçün Türkiyə ilə əməkdaşlıq daha səmərəlidir. Çünki burada müəyyən məqamlar var. Əgər dünya ölkələri çox ədalətlidirlərsə, bu gün Türkiyə Danimarkada PKK-çı "Roj" TV-nin yayımının bağlanması ilə bağlı müəyyən etirazlar edir. Danimarka bunu insan haqlarının pozulması kimi qələmə verir. Güney Azərbaycanda 35 milyon Azərbaycan türkü var. Bəs niyə Azərbaycan televiziyasının oralarda yayımlanmasına şərait yaratmırlar? Deməli, burada ikili standartlar var. Bu ikili standartları nəzərə alaraq bəzən Avropa Birliyinin apardığı siyasi strategiya ilə Rusiya, Çin və İranın apardığı siyasi strategiyanın mənafeyi üst-üstə düşür. Ancaq ABŞ-ın bu mənafeləri nəzərə alaraq regionda Türkiyəyə üstünlük verməsi həm Türkiyə dövlətinin, həm də İsrailin təhlükəsizliyinin təminidir". Aslan Xalidi bildirir ki, fars şovinist rejimi ölkəni dini dəyərlər çərçivəsində idarə etmir: "Əgər doğrudan da, İran dini dəyərləri nəzərə alsaydı, Azərbaycan dövlətinə daha çox üstünlük verərdi. İran Ermənistanı iqtisadi blokadadan çıxarmasında böyük rol oynayır. Bu da onu göstərir ki, İran erməni lobbisindən çəkinir və ya bu lobbidən öz məqsədləri üçün istifadə etmək istəyir. İran Ermənistan-Azərbaycan münasibətlərində də hər zaman Ermənistanın tərəfində olaraq Azərbaycana qarşı müxtəlif bəyanatlar verib. İran Azərbaycana ABŞ və İsraillə yaxınlıq etdiyinə görə, Ermənistanla yaxınlıq göstərdiyini açıq-aydın bildirir. Ümumilikdə İranın Ermənistana köməklik etməsini İranın Azərbaycana qarşı düşmənçilik mövqeyinin nümayişi kimi qiymətləndirmək olar. İran son vaxtlar bölgədə Ermənistanın perspektivini Rusiyadan üstün tutur". Azərbaycan Strateyi Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri açacaqsa, bu, qardaş ölkənin xeyrinə olmayacaq. Çünki Ermənistanla sərhədlər açılarsa, Ermənistanın siyasi və iqtisadi nüfuzu birə-beş artacaq. Belə olan təqdirdə Ermənistanın beynəlxalq təşkilatlarda təmsilçilik məsələsi ortalığa çıxacaq. Bütün bunlar regionda terrorun daha geniş arenanı əhatə edəcəyindən xəbər verir: "Ermənistanın indiki vəziyyətinə diqqət yetirsək, əminliklə demək olar ki, sərhədlər açılmadığı təqdirdə Ermənistan yaxın 10 ildə daha da boğulacaq. Çünki İran və Rusiya nə qədər çalışsalar da, Ermənistanı dirçəltmək iqtidarında deyillər. Onlar Ermənistanın dünyaya inteqrasiya etməsinə heç bir köməklik edə bilməyəcəklər. Ona görə də sərhədlərin açılmasını Ermənistanın dünyaya inteqrasiyası kimi qiymətləndirmək olar. Təbii ki, belə olan təqdirdə Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmaq haqqında düşünməyəcək. Bundan sonra Ermənistanın bölgədə yeni-yeni münaqişə mərkəzlərinin yaradacağı, "Böyük Ermənistan" xülyasının genişləndirilməsinə can atacağı gözləniləndir. Əgər Türkiyə-Ermənistan sərhədləri açılarsa, torpaqların qaytarılmasını düşünmək sadəlövhlük olardı. Əgər Türkiyə sərhədləri açmasa, yaxın 10 ildə Ermənistan boğulacaq". Sumqayıt hadisələrində erməni izi...

Dağılmış SSRİ "KQB"-sinin sonuncu rəhbəri Vladimir Kryuçkov ömrünün sonunda Azərbaycandakı olayların Moskvada planlaşdırıldığını etiraf edib

Hiç yorum yok: