Aslan Isabeyli:Tehran rejiminin təxribatlarına qarşı preventiv addımlar atılmalıdır”.

Yay aylarında Israil prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu səfər Iran rəsmilərinin narahatlığına səbəb olub. Artıq Tehranda Israil prezidentinin və onu dəvət edən rəsmi Bakının ünvanına tənqidlər səslənir.
Azərbaycan Strateji Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Isabeylinin “Olaylar”a verdiyi məlumata görə, Tehranda çıxış edən Iran prezidentinin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri “Fələstini işğal etmiş Israilin” dövlət başçısının Bakıya dəvət olunmasını “qonşu müsəlman dövlətlərinə hörmətsizlik” kimi qiymətləndirib. Rejim rəsmisi iddia edib ki, guya Azərbaycanın müsəlman əhalisi Şimon Peresin səfərini istəmir və ona etiraz olaraq aksiyalar başlayacaq. A.Xalidi hesab edir ki, Tehran rejimi Bakıda təxribata hazırlaşır: “Görünür, molla rejimi Nardarandakı əlaltılarının vasitəsilə etiraz aksiyaları təşkil etmək, Peresin səfəri zamanı müəyyən etiraz görüntüsü yaratmaq istəyir.Tehran rejiminin təxribatlarına qarşı preventiv addımlar atılmalıdır”.




Hiç yorum yok: